"Ağlamaq istəmirəm, amma həqiqətən belədir"

1 Yanvar 2020 14:30 Avropa Liqası 1 100
"Ağlamaq istəmirəm, amma həqiqətən belədir"

APOEL-in sabiq baş məşqçisi Tomas Doll Kipr klubundan ayrılmasının səbəbləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunu da xatırladıb:

"Avqustun 7-i Kiprə getdim, 8-i komandanı qəbul etdim 4 gün sonra isə Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hamı tərəfindən təbrik edildik. Futbol belədir.

2019-cu il mənə çox şey öyrətdi. Əgər bir klub rəhbərliyi məşqçisini dəstəkləmirsə, orada qalmaq şansınız yoxdur. Ağlamaq istəmirəm, amma həqiqətən belədir.".

Qeyd edək ki, APOEL ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:0 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi. Komanda pley-off-da "Ayaks"a uduzmuşdu.

APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdi. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. Doll dekabrda istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"