Azərbaycan çempionunu rəqibindən güclü saymırlar

3 Dekabr 2020 13:40 Araşdırma 382
Azərbaycan çempionunu rəqibindən güclü saymırlar

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Makkabi” (İsrail) oyununun əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək Azərbaycan çempionunu rəqibindən güclü saymır.

Bu gün “Başakşəhər” Fatih Terim Stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 4,64, məğlubiyyəti 1,88 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,72 əmsal verilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti