Bilindiyi kimi, AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən yeni fəaliyyətə başlayacaq.
Funksioner FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.
O, müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.
O, yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
Elxan Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb.
FIFA “Fair Play and Social Responsibility” komitəsinin üzvü olmaqla yanaşı, 2012-ci ildə Bakıda keçirilmiş FIFA Qadınlarası U-17 Dünya çempionatının Yerli təşkilat komitəsinin sədri, 2015-ci ildə Bakıda təşkil olunmuş Avropa oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının finalı, AVRO-2020-nin qrup mərhələsinin 3 və 1/4 final məhərləsinin 1 qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb.
İndi isə o, icraçı-vitse prezidenti vəzifəsini tərk edir. Bundan sonra milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.
Bu isə o deməkdir ki, E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək. FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək.
Onun yeni iş yerində nə qədər əməkhaqqı alacağı bizə məlumdur. Redaksiyamıza daxil olan məlumata görə, FİFA azərbaycanlı funksionerə illik 250 min avro ödəyəcək.
SPORTİNFO.AZ

