Nazirlik direktor vəzifəsi üçün yenidən işə qəbul elan etdi

28 Aprel 2022 09:20 Araşdırma 664
Nazirlik direktor vəzifəsi üçün yenidən işə qəbul elan etdi

Gənclər və İdman Nazirliyi Sabunçu və Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsində direktor vəzifəsinə işə qəbul elan edib.

Sportinfo.az xəbər verir ki, 35 yaşadək namizədlərdən gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı və minumum bir xarici dil bilmək tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini mayın 6-dək müvafiq ünvana göndərməlidir.

Zərdab “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə iddia edən namizədlər arasından keçən olmadığı üçün təkrar elan verilib.

Daha öncə bu vakansiya üzrə müraciət edənlər təkrar müraciət edə bilməz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti