“Messi əla oğlandır və hələ də dünyanın ən yaxşı oyunçusudur"

27 Aprel 2022 12:20 Araşdırma 573
“Messi əla oğlandır və hələ də dünyanın ən yaxşı oyunçusudur"

PSJ-nin qapıçısı Canluici Donnarumma Liqa 1 çempionluğunu qazandıqdan sonra Lionel Messini dünyanın ən yaxşı oyunçusu hesab etdiyini söyləyib.

Sportinfo.az xəbər verir ki, italiyalı qolkiper Messinin ünvanına tərif yağdırıb:

“Lionel Messi hələ də dünyanın ən yaxşı oyunçusudur. O, əla oğlandır. PSJ üçün o, son dərəcə vacibdir. Biz bunu həlledici matçda gördük.

Hamımız çempionuq, gözəl komandamız var. Fransa çempionatını ən yaxşı şəkildə başa vurmağa çalışacağıq”.

Donnarumma bu mövsüm Liqa 1-də 15 oyuna çıxıb. O, həmçinin PSJ-nin heyətində Çempionlar Liqasında 5 matçda iştirak edib.

PSJ Liqa 1-in 34-cü turunda “Lans”la 1:1 hesablı heç-heçə edib və çempionluğu təmin edib. Bu görüşdə Lionel Messi uzaq məsafədən qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti