Azərbaycan klubları üçün Konfrans Liqasında 38 MÜMKÜN RƏQİB

26 Aprel 2022 20:20 Araşdırma 2 571
Azərbaycan klubları üçün Konfrans Liqasında 38 MÜMKÜN RƏQİB

Konfrans Liqasının ilk iki təsnifat mərhələsində mübarizə aparacaq komandalardan 38-i bəlli olub.

Sportinfo.az xəbər verir ki, ilk raundun 29, növbəti turun 9 iştirakçısı müəyyənləşib.

Bu komandalar Azərbaycan təmsilçilərinə mümkün rəqiblər sayılır. Ölkəmizin hər üç komandası II təsnifat mərhələsindən yarışa qatılacaq.

Təmsilçilərimizin adları hələ dəqiqləşməyib. “Qarabağ”ın çempionluğu əldən verməyəcəyi halda bu yerə 4 iddiaçı var. Bunlar “Neftçi”, “Zirə”, “Sabah” və “Qəbələ”dir.

Mövsümün ilk püşkü iyunun 14-15-də atılacaq. Həmin vaxt Azərbaycan klublarının mümkün rəqibləri bəlli olacaq.

Konfrans Liqasında I təsnifat mərhələsində 72 komanda 36 cüt təşkil edəcək. II təsnifat mərhələsinin püşkündə bu 36 cüt və ilk raunddan azad olan 54 komandanın rəqibi bilinəcək.

Lakin komandaların sayı Rusiya və Belarus klublarının cəza, Ukrayna təmsilçilərinin ölkədəki vəziyyət üzündən avrokuboklardakı iştirakı ilə bağlı yekun qərardan sonra dəyişə bilər (apasport.az).

Konfrans Liqası
I təsnifat mərhələsi

“Suduva” (Litva)
“Flora” (Estoniya)
“Spartak” (Slovakiya)
“Riqa” (Latviya)
“Kuopio” (Finlandiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)
B36 (Farer adaları)
“Liepaya” (Latviya)
“Europa” (Cəbəllütariq)
HB (Farer adaları)
“Breydablik” (İslandiya)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
“Sent Cozefs” (Cəbəllütariq)
“Bala Taun” (Uels)
“Rujomberok” (Slovakiya)
“Saburtalo” (Gürcüstan)
“İnter” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Vikinqur” (Farer adaları)
“Derri” (İrlandiya)
“Panevejis” (Litva)
“Valmiera” (Latviya)
SJK (Finlandiya)
“Sent Patriks” (İrlandiya)
“Sliqo” (İrlandiya)
“Dila” (Gürcüstan)
“Maqpis” (Cəbəllütariq)

II təsnifat mərhələsi
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
BATE (Belarus)
“Kayrat” (Qazaxıstan)
“Vikinq” (Norveç)
“Lillestryom” (Norveç)
AİK (İsveç)
“Dyerqarden” (İsveç)
“Kızıljar” (Qazaxıstan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti