"Azərbaycan mətbəxini çox bəyənirəm".
Bu sözləri "Sportinfo TV"yə açıqlamasında albaniyalı müdafiəçi Yurgen Qoca deyib.
Son iki mövsümdə ölkəmizdə «Qəbələ» və «Səbail»in şərəfini qorumuş legioner burada yumurta-pomidor bişirməyi öyrəndiyini bildirib:
"Əvvəl heç bir yeməyi hazırlaya bilmirdim. Qəbələdə yaşayanda pomidor-yumurtaya o qədər öyrəşmişdim ki…
Hətta orada olanda aşpaz başqa futbolçulardan nə yemək istədiklərini soruşurdu, məndən isə daha heç nə soruşmurdu. Hər dəfə gələndə, deyirdi ki, hə, bilirəm, pomidor-yumurta yeyəcəksən.
Bakıda yaşamağa başlayandan sonra qida rasionumu çox dəyişdirmədim. Amma açığı, Qəbələdə yediyim qədər ləzzətli pomidor-yumurtanı Bakıda bişirə bilən görmədim"

