«Mən onun üçün hər şeyəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq hücumçusu Badri Kvaratsxeliya deyib.
Vaxtilə ölkəmizdə «Kəpəz» və «Şəmkir»in formasını geyinmiş forvard Avropanın məşhur klublarının transfer gündəmində olan oğlu Xviça haqda fikirlərini bölüşüb.
O, əməkdaşımızın «Xviça üçün kimsiz: Təkcə ata, yoxsa həm də menecer ata» sualını bu cür cavablandırıb:
«Ata, böyük qardaş, menecer, hər şey. Düzdür, müqavilə ilə işlədiyi agenti var. Həmin agent onun işləri ilə məşğul olur.
Sadəcə, həlledici anlarda ailəsi və valideynləri olaraq biz də fikrimizi bildiririk».

