Azərbaycan vətəndaşı olan idmançı Ukraynada İTKİN DÜŞDÜ

23 Aprel 2022 12:40 Araşdırma 610
Azərbaycan vətəndaşı olan idmançı Ukraynada İTKİN DÜŞDÜ

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

Sportinfo.az xəbər verir ki, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub (report).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti