"Dinamo"nun yeni baş məşqçisi Mahirə etimad göstərəcəkmi?

23 Aprel 2022 09:00 Araşdırma 866
"Dinamo"nun yeni baş məşqçisi Mahirə etimad göstərəcəkmi?

Xorvatiya mətbuatı Ante Çaçiçin "Dinamo"ya baş məşqçi təyin edilməsini şərh edib.

Sportinfo.az xəbər verir ki, yerli həmkarlarımız onun Mahir Emreliyə əsas heyətdə şans verib-verməyəcəyini müzakirə edir.

“24 sata” portalı Azərbaycan millisinin forvardının Zaqreb klubunda əsas heyətdə oynamaq şanslarını bu cür dəyərləndirib:

"Ante Çaçiçin qarşıda çox işi var. "Dinamo"nun enerjisi aşağıdır, hücumda da böyük problemi var.

Bruno Petkoviç hələ də qol vura bilmir. Mövsümü başa vurmaq üçün Çaçiçin əsl bombardirə ehtiyacı var.

Maraqlıdır, o, hücumda Andriyiç – Yuriç, yoxsa Orsiç – Emreli cütlüyünə üstünlük verəcək? Hamımız bunu qarşıdakı bazar günü görəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti