Qurban Qurbanovun reytinqi nə yerdədir?

22 Aprel 2022 13:20 Araşdırma 708
Qurban Qurbanovun reytinqi nə yerdədir?

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə 500 mütəxəssis yer alıb.

Karyerasını davam etdirən ən yaxşı məşqçilər arasında Azərbaycan Qurban Qurbanovla təmsil olunub. “Qarabağ”ın baş məşqçisi 1589 xala malikdir.

50 yaşlı çalışdırıcı ötən reytinq siyahısı ilə müqayisədə aktivini 1 xalla zənginləşdirib. Buna baxmayaraq, Qurbanov 3 pillə geriləyərək 228-ci sıraya düşüb.

Siyahıya Pep Qvardiola (2198) başçılıq edir. Onu Yurgen Klopp (2123) və Joze Mourinyo (2082) izləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti