Maradonanın qalmaqallı oyunda geyindiyi forma 4 milyona satıldı

22 Aprel 2022 00:10 Araşdırma 516
Maradonanın qalmaqallı oyunda geyindiyi forma 4 milyona satıldı

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, futbolçunun 1986-cı ildə baş tutan dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geydiyi forma rekord qiymətə satılıb.

Maradonanın əli ilə qol vurduğu matçdakı forması 4 milyon funt-sterlinqə sahibini tapıb. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğdir.

Dieqo Armando Maradona 1960-2020-ci illərdə yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti