“Premyer Liqaya bu komandalar gələcək” – Yeni baş katibdən ÖNƏMLİ AÇIQLAMA

21 Aprel 2022 20:00 Araşdırma 1 671
“Premyer Liqaya bu komandalar gələcək” – Yeni baş katibdən ÖNƏMLİ AÇIQLAMA

2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komandanın iştirakı edəcəyinə böyük ölçüdə aydınlıq gəlib.

İndiyə qədər AFFA tərəfindən ad açıqlanmasa da, deyilənə görə, assosiasiya iki qərb təmsilçisini – “Kəpəz”lə “Turan”ı elitada görməkdə maraqlıdır.

Artıq bununla bağlı həmin klublara sənədlərin hazırlanması, infrastrukturdakı çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilib.

AFFA-nın yeni baş katibi Sərxan Hacıyev bu gün jurnalistlərlə Şamaxıda baş tutan görüşündə məlum məsələ ilə bağlı sualı cavablandırıb.

Qurum rəsmisi “Kəpəz”lə “Turan”in Premyer Liqanın biraddımlığında olduğunu gizlətməyib:

“Regionlarda futbolu inkişaf etdirmək lazımdır. Region Liqası matçlarını da izləyirik. Oradadakı ab-havadan da görünür ki, azarkeş amili böyük rol oynayır. Müəyyən layihələr var.

8 komandanın 10-a artırılması bu layihələrdən biridir. Gələcəkdə regionla bağlı başqa layihələrin olması ehtimalı da var.

Bu gün üçün əsas məqsəd iki klubun Premyer Liqaya gəlməsidir. Ümumi məlumata əsasən görünən odur ki, Premyer Liqaya “Turan Tovuz”la “Kəpəz” gələcək”.

Hacıyev futbol ictimaiyyətini intizarda saxlayan suala hansı vaxtda aydınlıq gələcəyini də bildirib:

“Bu dəqiqə sənədlərin verilməsinə əsasən görünən durum budur. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyası yığılacaq. Orada məlum olacaq ki, bu iki klub Premyer Liqaya hazırdır, ya yox”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti