Ruslan Abışov: "Əvvəllər belə deyildi, son dövrlər gözlənilmədən yoxlamalar olur”

18 Aprel 2022 23:20 Araşdırma 3 440
Ruslan Abışov: "Əvvəllər belə deyildi, son dövrlər gözlənilmədən yoxlamalar olur”

"Dünya idmanında dopinqlə mübarizə çox inkişaf edir. Mən də futbol sahəsində AMADA-ya köməklik edirəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.

Hazırda "Zirə"də çıxış edən təcrübəli müdafiəçi oyunlar vaxtı ciddi yoxlamaların olduğunu bildirib:

"Əvvəllər belə deyildi. Amma son dövrlər gözlənilmədən yoxlamalar olur. Mən özüm də 3-4 dəfə testdən keçmişəm.

Bu, idmançılar üçün də xeyirlidir. İnanıram ki, bundan sonra futbolçularımız ciddi dopinq qalmaqalına düşməyəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti