Azərbaycanda 33 futbolçuya xəbərdarlıq olundu, 3 nəfər isə... - SİYAHI

15 Aprel 2022 17:00 Araşdırma 3 818
Azərbaycanda 33 futbolçuya xəbərdarlıq olundu, 3 nəfər isə... - SİYAHI

Aprelin 15-də və 17-da Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək.

Çempionatın həlledici mərhələsinə “ayaq basan” komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.

Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək.

Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.

Hər nə qədər qəribə görünsə də, 23-cü turda cəmi 3 futbolçu komandasına kömək edə bilməyəcək. Bunlar “Qəbələ”dən Asif Məmmədov, “Sabah”dan Elvin Camalov, "Keşlə"dən isə Tərlan Quliyevdir. Halbuki ötən tur say 9 idi.

Əvəzində 33 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.

3 “sarı”sı olanların siyahısını təqdim edirik:

Murad Musayev, Rüfət Əhmədov, Stefan Vukçeviç, Emil Səfərov, Rafel Utziq, Nicat Mehbalıyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Emin Mahmudov, Mamadu Mboc (hər ikisi “Neftçi”), Aldair Neto, Merab Qiqauri, İlkin Qırtımov, Şəhriyar Əliyev, Stanislav Namaşko, Pərviz Azadov (hamısı “Şamaxı”), Cəlal Hüseynov, Coşqun Diniyev, Ağabala Ramazanov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərkan Taşkın, Loris Bronyo (hamısı “Zirə”), Ceyhun Nuriyev, Mixail Erqemlidze (hər ikisi “Sabah”), Rauf Əliyev, Domantas Şimkus, Yurgen Qoxa, Adil Nağıyev, Məhəmməd Mirzəbəyov, Tural Bayramlı (hamısı “Səbail”), Qara Qarayev, Kadi Borges (hər ikisi “Qarabağ”), Dmitri Nağıyev (“Sumqayıt”).

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti