“Ermənistandan olan deputatların Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr tarixli bəyanatının müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Sözügedən səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb”, - deyə Zaxarova söyləyib.
Xatırladaq ki, aprelin 12-si Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.
Fotoda erməni deputatlar
.jpg)

