“Barselona” İspaniya çempionatının 31-ci turunda “Levante” ilə qarşılaşıb və qalib gəlib – 3:2.
Sportinfo.az xəbər verir ki, “Barsa”nın hücumçusu Usman Dembele bu qarşılaşmada qol ötürməsi edib.
Bu, onun 2022-ci ildə 9-cu məhsuldar ötürməsidir.
Dembele bu göstərici ilə “top-5”də liderdir. Amma şərikli lider. PSJ-in ulduzu Lionel Messi də 2022-ci ildə 9 qol ötürməsi edib.
Dembele bu mövsüm La Liqada 13 oyuna çıxıb, 1 qol vurub və 10 məhsuldar ötürmə edib.

