Aprelin 9-də və 10-də Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək.
Çempionatın həlledici – 4-cü dövrəsinə qədəm qoyan komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.
Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək. Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.
Bu dəfə 9 futbolçu yaşıl meydana ayaq basmaq imkanından məhrumdur ki, əksəriyyəti komandasının aparıcı siması hesab olunur.
“Zirə”dən Ağabala Ramazanov, Coşqun Diniyev və Mehdi Cənnətov, “Keşlə”dən Kamal Bayramovla Tərlan Quliyev, “Sumqayıt”dan Murad Xaçayevlə Rəhim Sadıxov, “Neftçi”dən Eddi İsrafilov, “Qəbələ”dən Ruan Renato cəzalı duruma düşüb. “Sabah”ın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov da texniki zonada yer almaqdan məhrumdur.
“Zirə”nin baş məşqçisi “Sabah” kimi güclü rəqiblə matçda 3 aparıcı futbolçunun xidmətindən yararlana bilməyəcək ki, gənc çalışdırıcının çətin vəziyyətdən necə çıxacağı maraqla gözlənilir.
29 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.
3 “sarı”sı olanların siyahısını təqdim edirik:
Asif Məmmədov, Murad Musayev, Stefan Vukçeviç, Emil Səfərov, Rafel Utziq, Nicat Mehbalıyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Emin Mahmudov, Mamadu Mboc (hər ikisi “Neftçi”), Merab Qiqauri, İlkin Qırtımov, Şəhriyar Əliyev, Stanislav Namaşko, Pərviz Azadov (hamısı “Keşlə”), Cəlal Hüseynov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərkan Taşkın, Loris Bronyo (hamısı “Zirə”), Elvin Camalov, Ceyhun Nuriyev (hər ikisi “Sabah”), Rauf Əliyev, Yurgen Qoxa, Adil Nağıyev, Məhəmməd Mirzəbəyov, Tural Bayramlı (hamısı “Səbail”), Qara Qarayev, Kadi Borges (hər ikisi “Qarabağ”).
HƏBİB / SPORTİNFO.AZ

