Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Marsel"in hücumçusu Dimitri Payet 1-ci olub.
O, sorğuda Mauro Junior (PSV), İra Sor ("Slaviya", Praqa), Ulrik Saltnesi ("Budyo Qlimt") qabaqlayıb.
Payet Konfrans Liqasının 1/4 finalında PAOK-la ilk matçda (2:1) fantastik qola imza atıb və 1 qolun ötürməsini verib.

