ŞOK SİYAHI: Rusiya və Ukraynanın müharibədəki itkiləri

8 Aprel 2022 18:10 Araşdırma 833
ŞOK SİYAHI: Rusiya və Ukraynanın müharibədəki itkiləri

“Ukraynada davam edən müharibə nəticəsində təqribən 19 000 rusiyalı hərbçi zərərsizləşdirilib”.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, fevralın 24-dən aprelin 8-nə kimi Rusiyaya məxsus 700 tank, 1891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəşi sistemi, 55 hava hücumundan müdafiə vasitəsi, 150 təyyarə, 135 helikopter, 1361 avtomobil texnikası, 7 gəmi/qayıq, 112 pilotsuz uçuş aparatı (PUA), 25 xüsusi texnika və s. sıradan çıxarılıb.

“TASS”ın məlumatına görə isə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov Ukraynanın itkilərini açıqlayıb.

Onun sözlərinə görə, hərbi əməliyyat başlayandan bu günə kimi Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinə məxsus 97 helikopter, 421 PUA, 228 zenit-raket sistemi, 2019 tank və dugır zirehli döyüş maşını, 223 reaktiv yaylım atəşi sistemi, eləcə də 1917 xüsusi hərbi avtomobil texnikasını vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti