Fevralın 24-dən indiyədək ABŞ Ukraynaya 1,7 milyard dollardan çox yardım edib.
Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
“Administrasiya Ukraynanın prioritet təhlükəsizlik yardımı tələblərini yerinə yetirmək üçün gecə-gündüz işləyir, ABŞ ehtiyatlarından silahlar mövcud olduqda çatdırılır” - məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, indiyədək ən azı 1400 Stinger zenit sistemi, 5000-dən çox Javelin zireh əleyhinə sistemlər, 7000-dən çox atıcı silah, 50 milyon güllə, 45 000 dəst zireh və dəbilqə, lazerlə idarə olunan raket sistemləri, gecə görmə cihazları, termal görüntü sistemləri və s. hərbi avadanlıqlar Ukraynaya göndərilib.

