“Bu, milli maraqların basdırılmasıdır” - Erməni politoloqlar Brüssel görüşü barədə

8 Aprel 2022 03:40 Araşdırma 653
“Bu, milli maraqların basdırılmasıdır” - Erməni politoloqlar Brüssel görüşü barədə

Brüsseldə ötən gün baş tutan Azərbaycan - Avropa İttifaqı - Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələri Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Yerli politoloqlar görüşün yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında yer alınan müddəaları Ermənistanın maraqlarının basdırılması kimi dəyərləndiriblər.

Ermənistan Respublikaçı Partiyasının sədrinin müavini Armen Aşotyan vurğulayıb ki, bəyanatda Qarabağ, onun statusu, həmçinin ATƏT-in Minsk Qrupu barədə bir kəlmə belə yoxdur: “Bunun əvəzində isə Xarici İşlər Nazirliklərinə sülh sazişini hazırlamaq tapşırır. Aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması öhdəliyi götürülür”.

Politoloq Tiqran Qriqoryan isə hesab edir ki, bu bəyanatla Ermənistan sülh danışıqlarının ATƏT-in Minsk qrupunun vasitəçiliyi və himayəsi ilə başlamasına dair əvvəl səsləndirilən mövqeyindən əl çəkib.

Digər politoloq Edqar Elbakyan Brüsseldəki görüşü “erməni milli maraqlarının Qərbin himayəsi altında torpağa basdırılmasına dair növbəti aksiyası” kimi dəyərləndirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında Qarabağın statusu barədə heç nə deyilmir: “ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi isə Minsk Qrupunun faktiki olaraq ləğvindən xəbər verir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti