“Bakı”da oynamış iki tanınmış ən yaxşı "11-lik"də yer aldı

5 Fevral 2022 23:40 Araşdırma 521
“Bakı”da oynamış iki tanınmış ən yaxşı "11-lik"də yer aldı

Latviya futbol tarixinin simvolik komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə futbol tarixinin ən yaxşı “11-liy”ini açıqlayıb.

Siyahıda Azərbaycanda oynamış iki futbolçu da yer alıb. Bunlar “Bakı”nın sabiq yarımmüdafiəçisi Andrey Ştoltsers və hücumçusu Maris Verpakovskisdir.

Qapıçı: Aleksandr Kolinko;

Müdafiəçilər: Vilnis Straume, Mixail Zemlinski, İqor Stepanov, Yuri Şevlakov;

Yarımmüdafiəçilər: Vitali Astafyev, Yuri Layzans, Andrey Ştoltsers;

Hücumçular: Marian Pahar, Georqi Smirnov, Maris Verpakovskis.

Ştoltsers 2005/06, Verpakovskis isə 2011/12 mövsümündə ölkəmizdə “Bakı”nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti