“Mançester Siti”, “Atletiko” və “Yuventus”un menecerləri millimizin oyununda

12 Oktyabr 2021 21:10 Araşdırma 642
“Mançester Siti”, “Atletiko” və “Yuventus”un menecerləri millimizin oyununda

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya – Azərbaycan matçı Avropanın top-klublarının da diqqət mərkəzindədir.

Sportinfo.az-ın Serbiya mətbuatına istinadən məlumatına görə, bir neçə nəhəng klub millimizin rəqibinin hücumçusu Duşan Vlahoviçin durumunu müntəzəm izləyir.

21 yaşlı forvardın “Fiorentina” ilə müqaviləsini uzatmaqdan imtina etməsi 5 komandanı hərəkətə gətirib.

Konkret olaraq “Arsenal”, “Tottenhem”, “Mançester Siti”, “Atletiko” və “Yuventus” Vlahoviçi heyətinə qatmaq niyyətindədir. Mövsümün əvvəlindən onun oyunlarını diqqətdə saxlayan adıçəkilən klubların seleksiyaçılarının bugünkü matçı tribunadan izləməsi də istisna edilmir.

Belqradda keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti