Çempion nə qədər qazanacaq?

14 İyun 21:10 Araşdırma 297
Çempion nə qədər qazanacaq?

AÇ-2020-nin mükafat fondu məlum olub.

Sportinfo.az xəbər verir ki, UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AÇ-2016-da isə bu məbləğ 304 milyon avro idi.

AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.

Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar.

AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir.

AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.

AÇ-2020-nin təqviminə əsasən, Bakı Olimpiya Stadionu bundan sonra A qrupunun Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Buna qədər Bakıda qrup mərhələsinin ilk turunun Uels – İsveçrə matçı baş tutub (1:1).

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ