"Sənəddə müzakirə olunmayan yalnız bir bənd qalıb"

18 Yanvar 2021 13:30 Araşdırma 1 068
"Sənəddə müzakirə olunmayan yalnız bir bənd qalıb"

Ermənistan parlamentinin deputatları növbəti iclasın gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9-10 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyinin müzakirə olunmasını daxil etməkdən imtina ediblər.

Sportinfo.az xəbər verir ki, layihə “Maariflənmiş Ermənistan” fraksiyasının təşəbbüsü ilə təklif edilsə də, parlament səs çoxluğu ilə onu rədd edib.

Spiker Ararat Mirzoyan sənədin Dövlət və Hüquq Məsələləri Komissiyasında müzakirə olunduğunu və mənfi rəy aldığını qeyd edib.

“Mənim addımım” fraksiyasının nümayəndəsi Arusyak Julakyan bildirib ki, parlamentdə sənədin qanuniliyinin müzakirəsi proseduru nəzərdə tutulmayıb.

Öz növbəsində, “Maariflənmiş Ermənistan” fraksiyasının üzvü Taron Simonyan layihənin iki ay əvvəl parlamentə təqdim edildiyini, lakin sonra deputatların əksəriyyətinin iclasa gəlmədiyini bildirib. Bəyanatın əksər bəndlərinin artıq tətbiq olunduğu da qeyd edilib.

“Sənəddə müzakirə olunmayan yalnız bir bənd qalıb və indi nəzərdən keçiririk. Söhbət əsirlərin qaytarılmasından gedir. İmkandan istifadə edib bu tribunadan bu məsələni qaldırmağı təklif edirəm”,- deyə Simonyan vurğulayıb.

Səsvermə zamanı parlamentarilər səs çoxluğu ilə layihəni rədd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"