İki ay əvvəl gələn iki il əvvəl gedənlə əvəz olundu - Baş məşqçi postunda

14:40 II Divizion 151
İki ay əvvəl gələn iki il əvvəl gedənlə əvəz olundu - Baş məşqçi postunda

“Difai”nin yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Növbəti mövsümdən II Liqada mübarizə aparacaq komandanı Adil Mahmudov çalışdıracaq.

İki ildən sonra geri qaytarılan sükançı ilə 1 illik müqavilə imzalanıb.

Ağsu təmsilçisinin rəhbərliyi iyunun 18-də sükan arxasına təyin etdiyi Şəhriyar Məmmədovla yolları ayırıb.

Onunla bağlanmış birillik kontrakt qarşılıqlı razılıq əsasında ləğv olunub. Bu qərarın arxasında dayanan səbəb bilinmir.

Ötən sezon «Araz-Saatlı»nı çalışdırmış naxçıvanlı mütəxəssisin «Difai»də son oyunu «Neftçi»nin U-19 komandasına qarşı olub.

«Fədailər» həmin yoxlama görüşündə bakılı gənclərə 4:3 hesabıyla qalib gəlib.

«Difai» axır üç «futbol ili»ndə I Liqada yarışıb. Bu il çempionatı 10-ci pillədə bitirən komanda birbaşa II Liqaya yuvarlanıb.

Klub fəaliyət göstərdiyi ötən illər ərzində 8 baş məşqçi ilə əməkdaşlıq edib.

Paşa Əliyev, Elgiz Kərəmli, Aydın Qasımov, Adil Mahmudov, Xaqani Məmmədov, Araz Bağırov, Hüseynqulu Quliyev və Elman Sultanov burada fəaliyyət göstərib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!