Ən iddialı komanda 3 transfer etdi – Biri "Neftçi"nin hücumçusudur

8 Fevral 2024 13:40 II Divizion 1 826
Ən iddialı komanda 3 transfer etdi – Biri "Neftçi"nin hücumçusudur

II Liqanın lideri olan "Bakı Sportinq" ilk dövrədəki heyətini qoruyub.

I Liqaya vəsiqə qazanmağa ən real namizə sayılan Buzovna təmsilçisi ötən ilin yayında müqavilə imzaladığı futbolçuların hamısını öz sıralarında saxlayıb.

Baş məşqçi Elman Soltanov düşərgəyə 3 yeni sima gətirib.

Bunlar "Neftçi"nin yetirməsi olan hücumçu Aqşin Qurbanlı, "Səbail"in sabiq yarımmüdafiəçisi Təyyar Məmmədov və "Füzuli"nin müdafiəçisi Hüseyn Axundovdur.

14 tura 37 xal toplayan "Bakı Sportinq" turnir cədvəlinə başçılıq edir. Qəsəbə klubu ikinci pillədə qərar tutan "Şahdağ-Qusar"ı 7 xal qabaqlayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi