Millimizin oyunlarının təqvimi - Avropa çempionatında

25 Yanvar 2023 02:20 Voleybol 354
Millimizin oyunlarının təqvimi - Avropa çempionatında

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Sportinfo.az xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək.

Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

18 avqust
23:00. Azərbaycan - Çexiya

19 avqust
23:00. Azərbaycan - Almaniya

20 avqust
23:00 Türkiyə - Azərbaycan

22 avqust
20:00 Azərbaycan - Yunanıstan

23 avqust
20:00 İsveç - Azərbaycan

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular