Azərbaycanın millisi bu gün Rusiya ilə qarşılaşacaq

22 Avqust 2021 18:00 Voleybol 506
Azərbaycanın millisi bu gün Rusiya ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə müvafiq olaraq, 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.

A qrupu

19:00. Azərbaycan - Rusiya

Belqrad. “Ştark Arena”

yer

komanda

O

Q

M

S/F

T/F

X

1

Serbiya

2

2

0

6-0

150-86

6

2

Belçika

1

1

0

3-0

76-50

3

3

Rusiya

1

1

0

3-1

89-82

3

4

Bosniya və H.

2

1

1

3-3

118-129

3

5

Fransa

2

0

2

1-6

125-164

0

6

Azərbaycan

0

0

2

0-6

104-151

0

Digər Xəbərlər
Xəbər Lenti