Keçmiş futbolçusunu baş məşqçi postuna gətirir?

4 May 2020 11:40 Türkiyə 637
Keçmiş futbolçusunu baş məşqçi postuna gətirir?

Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Sergey Rebrov Türkiyənin "Fənərbaxça" komandasına rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, klub prezidenti Ali Koç agentlərə 45 yaşlı mütəxəssisin namizədliyini ciddi nəzərdən keçirməyi tapşırıb.

Rebrov müqavilə üzrə İngiltərə "Tottenhem"inə məxsus hücumçu kimi 2002 - 2004-cü illərdə icarə əsasında "Fənərbaxça"nın formasını geyinib və 38 matçda 4 qolun müəllifi olub.

Ukraynalı sabiq futbolçu "Ferentsvaroş"a 2018-ci ildən rəhbərlik edir. "Fənərbaxça" martın 4-də Ersun Yanalın istefa verməsindən sonra baş məşqçisizdir.

Digər Xəbərlər
Xəbər Lenti