Peşman olduğunu bildirdi və üzr istədi: “Səhv etdim”

20 Avqust 2024 00:20 İspaniya 1 893
Peşman olduğunu bildirdi və üzr istədi: “Səhv etdim”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasında “Malyorka” ilə oyundan sonra Arda Gülərlə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

İddiaya görə, Ançelotti Gülərlə danışaraq peşman olduğunu bildirib və üzr istəyib: “Səhv etdim, dəyişiklikləri daha əvvəl etməliydim”.

Buna səbəb çalışdırıcının futbolçunu matçın son hissəsində oyuna çıxarması olub.

İspaniya La Liqasının ilk həftəsində “Real Madrid” - “Malyorka” mübarizəsi 1:1 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da