"Beşiktaş"ın bu transferi ən çox "Qarabağ"ın ürəyincə oldu

10 Fevral 2024 01:50 Türkiyə 1 023
"Beşiktaş"ın bu transferi ən çox "Qarabağ"ın ürəyincə oldu

"Beşiktaş" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"dan Əl-Musratini icarəyə götürüb.

27 yaşlı yarımmüdafiəçi İstanbula gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

"Braqa" Əl-Musratini 2020-ci ilin yayında "Vitoruya Gimaraeş"dən transfer edib. Liviyalı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?