"Beşiktaş" gənc istedadı 4,5 milyona A Seriyası klubuna satdı

5 Avqust 2022 01:40 Türkiyə 797
"Beşiktaş" gənc istedadı 4,5 milyona A Seriyası klubuna satdı

"Beşiktaş"ın futbolçusu Emirhan İlkhan karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Torino"ya transfer olacaq.

A Seriyası təmsilçisi gənc futbolçunun müqaviləsində yer alan 4,5 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.

Emirhan İllhan "Torino" ilə 5 illik müqavilə imzalamaq üçün cümə günü İtaliyaya gedəcək. O, yeni klubunda illik 900 min avro maaş alacaq.

Emirhan İlkhan "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü son mövsümdə "qara qartallar"ın əsas komandasının heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"