Tokio Olimpiadasına 8-ci lisenziya

7 Oktyabr 2019 10:56 Tokio-2020 988
Tokio Olimpiadasına 8-ci lisenziya

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Olimpidaya növbəti vəsiqəyə idman gimnastı Marina Nekrasova sahib çıxıb. Sportinfo.az xəbər verir ki, 24 yaşlı gimnastımız Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında məqsədinə çatıb. Bu, Azərbaycanın Tokio-2020-yə qazandığı 8-ci lisenziyası olub.

İndiyədək sərbəst güləşçilər Şərif Şərifov (97 kq), və Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), pnevmatik tapança ilə 25 metr məsafəyə atəşaçmada Ruslan Lunyov, həmçinin bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup hərəkətlər komandası da qarşıdakı Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə ediblər.

Xəbər Lenti