Tokio-2020: Bu gün Azərbaycanın 6 idmançısı qüvvəsini sınayacaq

3 Sentyabr 2021 00:28 Tokio-2020 1 117
Tokio-2020: Bu gün Azərbaycanın 6 idmançısı qüvvəsini sınayacaq

Bu gün Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, onlardan biri para-taekvondoçu, ikisi üzgüçü, üçü isə atletdir.

Para-taekvondoçu Əbülfəz Abuzərli (75 kq) 1/8 finalda filippinli Allen Kianu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq.

Para-üzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayacaq.

Saley daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə, İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. Üzgüçülük yarışları Bakı vaxtı ilə 05:19-da start götürəcək.

Para-atlet Samir Nəbiyev nüvə itələmə növündə medal qazanmağa başlayacaq. Onun çıxışı Bakı vaxtı ilə saat 14:08-ə təsadüf edəcək.

Qadın para-atletlər Yulia Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə saat 16:43-dən etibarən 400 metr məsafəyə qaçışda final mərhələsində çıxış edəcəklər.

Aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

Xəbər Lenti