TOKİO-2020: Azərbaycanlı güləşçi yarımfinalda

3 Avqust 2021 09:20 Paris-2024 1 618
TOKİO-2020: Azərbaycanlı güləşçi yarımfinalda

Tokio Olimpiadasında Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov yarımfinala çıxıb. Yunan-roma üsulu ilə güləşdə 67 kq çəkidə çıxış edən həmyerlimiz ilk görüşdə Danimarka, Ukrayna üçün prinsipial xarakterli 1/4 final görüşündə isə rusiyalı Artyom Surkova qalib gəlib.

Yarımfinalda Pərviz Misir təmsilçisi Mohammed Əl-Səidlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.

Əlavə edək ki, Pərviz Nəsibov lisenziya turnirində bizim Rəsul Çunayevə qalib gələrək Tokio Olimpiadasına vəsiqə alıb.

Daha bir soydaşımız - Rusiyanı təmsil edən boksçu Qabil Məmmədov isə bu gün yarışla vidalaşıb.

Bizim Cavid Çələbiyevlə eyni çəkidə - 63 kq-da döyüşən Məmmədov 1/4 finalda ABŞ boksçusu Deyvis Keyşauna uduzaraq (1:4) olimpiadanı medalsız başa vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik