Rəqib gəlib çıxmadı, Azərbaycan yığmasına qələbə verildi - İslamiada

9 Avqust 2022 21:40 Tennis 775
Rəqib gəlib çıxmadı, Azərbaycan yığmasına qələbə verildi - İslamiada

Azərbaycanın kişi stolüstü tennis komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında texniki qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, yığma komanda yarışlarının ilk oyununda Mavritaniya seçməsi ilə görüşməli idi.

Lakin rəqib oyuna çıxmadığından, Azərbaycan millisinin aktivinə qələbə yazılıb. Seçmə komanda sabah Türkiyə və Uqanda milliləri ilə üz-uzə gələcək.

Bu gün Banqladeş millisinə 3:0 qalib gəlmiş Azərbaycanın qadın millisi isə ikinci oyununda Özbəkistan millisinə 0:3 hesabı ilə uduzub. Sabah qrup mərhələsinin son turunda rəqib İran komandası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti