
«Düzünü desəm, bura gəlməmişdən əvvəl futbolunuzla bağlı ətraflı məlumatım yox idi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın yeni müdafiəçisi Jarl Marqarita söyləyib.
Müsahib bildirib ki, Masazır klubundan aldığı təklif barədə çox düşünməyib.
“Qarabağ”ın Çempionlar Liqasında oynaması barədə məlumatım var idi. Təklif gəldikdən sonra maraqlandım və burada çıxış etməyin mənim üçün yeni çağırış olması qənaətinə gəldim.
Təklif ətrafında çox fikirləşmədim. Hər şeyin yaxşı olacağını düşündüm və özüm-özümə dedim ki, Azərbaycana getməyə tələs.
Burada gördüklərim məni yanıltmadı. Klubda qarşılaşdığım hər kəsdən yalnız isti münasibət gördüm.
İddialı komandanın ayrılmaz parçası olmağı qarşıma məqsəd qoymuşam».
“Sabah”ın 23 yaşlı vingerlə imzaladığı kontraktın müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.
İki ay əvvəl “TOP Oss”dan (Niderland) transfer edilən Jarl karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib.
Onun Niderland və Kurasao vətəndaşlığı var. Ikincilərin yığmasına dəvət alır.