Azərbaycanlı müdafiəçi ərəblərin məşhur klubundan imtina edir?

20 İyul 2021 17:00 Sabah 1 277
Azərbaycanlı müdafiəçi ərəblərin məşhur klubundan imtina edir?

“Əl-Əyn”lə razılaşma əldə edən Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinə səfəri təxirə düşüb.

Sportinfo.az-ın məlumatına görə, “Sabah”ın müdafiəçisi ötən gün Birləşmiş Ərəb Əmirliklərinə yollanmalı olsa da, qarşı tərəf hələ ona viza açdırmayıb.

Halbuki iki klub arasında bütün məsələlər razılaşdırılıb. O cümlədən, “Əl-Əyn”in Azərbaycan təmsilçisinə ödəyəcəyi təzminatın məbləğı.

Son anda ortalığa çıxan qeyri-müəyyənliyin səbəbini futbolçu ilə BƏƏ klubunun rəhbərliyi arasında yaranan anlaşılmazlıqda axtarmalıyıq.

Tərəflər uzunmüddətli müqavilə şərtlərində bir nöqtəyə gəlib çata bilmirlər.

Fikir ayrılığı o qədər böyükdür ki, hətta ola bilsin, bu transferin reallaşmasına mane olsun. Yəni, məsələ bu dərəcədə ciddidir.

Digər Xəbərlər
Xəbər Lenti