
"Qarabağ" bu gün Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək matçı ukraynalı FIFA referisi Mikola Balakin idarə edəcək.
Bu, komandaların avrokuboklarda 5-ci dueli olacaq. Daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasında, 2018/2019 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb.
Cütün qalibi yoluna ÇL-in III təsnifat mərhələsində davam edəcək. Məğlub olan tərəf isə Avropa Liqasının III raundunda mübarizə aparacaq.
"Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.
II təsnifat mərhələsi
26 avqust
20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) 2-1
Qollar: Uroş Matiç, 22 (pen) Mahir Emreli, 62 - Kastanyeda Veles, 78
Qırmızı vərəqə: Antol Abanq, 36 ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k.), 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Ovusu Kvabena, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
"Şerif": 1. Dumitru Çelyadnik, 15. Kristiano, 91. Usman N Diaye (k.), 70. Feyt Obilor, 11. İonut Peteleu, 3. Çarles Petro, 55. Benedik Mioç, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 76. Qabriel Boban, 77. Anatole Abanq
Ehtiyat oyunçular: 33. Sergey Paşenko, 7. Andrey Blizniçenko, 8. Maks Velozo, 10. Frank Andersson Kastanyeda Veles, 14. Sebastian Dalström, 16. Keston Yulian, 43. Riçard Qadze
Baş məşqçi: Zoran Zekiç