“Mənə bu oyunçu ilə bağlı mesajlar göndərməyin, çünki cavab verməyəcəm”

10 Yanvar 2025 17:20 Qarabağ 1 124
“Mənə bu oyunçu ilə bağlı mesajlar göndərməyin, çünki cavab verməyəcəm”

"Flamenqo"nun yeni futbol direktoru Xose Boto mətbuat konfrası keçirib.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Rio-De-Janeyro klubunun rəsmisi transferlə bağlı məsələlərə də toxunub.

O, "Qarabağ"ın hücumçusu Olavio Juninyonun "Sevilya"ya transferdən son anda imtina edərək "Flamenqo"ya keçəcəciyinə dair sualı da cavablandırıb.

Xose Boto bu zaman konkret ad çəkməyərək deyib:

"Mən sirlərin biznesin ruhu olduğu fərqli bir mədəniyyətin insanıyam. Danışıqlar haqqında məlumatın üzə çıxarılması "Flamenqo"ya ziyan vurur.

Mən "Flamenqo"ya zərər vermək yox, onu qorumaq üçün buradayam. Ona görə də mənə bu oyunçu ilə bağlı mesajlar göndərməyin, çünki cavab verməyəcəyəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı