Juninyo Bakıdan paylaşım etdi... O, nə demək istəyir? - VİDEO

7 Yanvar 2025 22:20 Qarabağ 5 866
Juninyo Bakıdan paylaşım etdi... O, nə demək istəyir? - VİDEO

Gündəmin əsas adamı Olavio Juninyo Bakıdadır.

Braziliyalı hücumçu “Qarabağ”ın yanvarın 3-də başlayan məşqlərində iştirak edir.

“Sevilya”ya keçidi ilə bağlı son nöqtə qoyulmadığından, səbəbkar müqavilə şərtlərinə uyğun olaraq mövsümün ikinci yarısına “köhlən atlar”ın sıralarında hazırlaşır.

Juninyo Bakıya gələr-gəlməz sosial media hesabında paylaşım edib.

28 yaşlı forvard avtomobilində musiqi dinlədiyi anların videosunu çəkərək hazırda Bakıda olduğunu xüsusi formada qeyd edib.

Görünür, niyyəti “Sevilya” rəsmilərinə mesaj göndərməkdir ki, sizin maraqlandığınız futbolçu hələ də Bakıdadır. Ya da izləyicilərinə “Qarabağ”ın düşərgəsində olduğunu göstərmək istəyib.

La Liqa təmsilçisi “Sevilya” Juninyonu sıralarına qatmaqda israrlı olsa da, klublar maddi şərtlərdə ortaq məxrəcə gələ bilmir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti