Məşhur insayder “Qarabağ”dan transfer xəbəri verdi: 4 milyon avro + 1 milyon avro bonus

5 Yanvar 2025 00:30 Qarabağ 3 313
Məşhur insayder “Qarabağ”dan transfer xəbəri verdi: 4 milyon avro + 1 milyon avro bonus

Məşhur insayder Fabrizio Romano “Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya mümkün transferini şərh edib.

Sportinfo.az xəbər verir ki, italyan jurnalist “X” hesabında paylaşım edərək futbolçunun gələcək karyerası ilə bağlı bu sözləri yazıb:

“Sevilya” və “Qarabağ” braziliyalı hücumçu Juninyonun transferi ilə bağlı şifahi razılıq əldə etməyin astanasındadır.

meshur-insayderden-juninyonun-sevilyaya-mumkun-transferi-ile-bagli

Transferə 4 milyon avro + 1 milyon avro bonus daxildir”.

Romano bildirib ki, “Sevilya”nın gələcəkdə bu futbolçunu satacağı məbləğdən “Qarabağ” 20% gəlir əldə edəcək.

“Müqavilənin detalları dəqiqləşəndən sonra tərəflər arasında razılıq əldə ediləcək”, - insayder qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti