“Neftçi” Rumıniya yığmasının formasını geyinmiş müdlafiəçini alırmı?

24 Dekabr 2024 15:00 Qarabağ 2 675
“Neftçi” Rumıniya yığmasının formasını geyinmiş müdlafiəçini alırmı?

“Neftçi”nin yeni transfer əməliyyatı barədə xəbərlər ortaya çıxıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, “ağ-qaralar” Ştefan Marinel Vladoyunu Azərbaycana gətirməyə hazırlaşır.

Belə ki, “Universitatya Krayova”da çıxış edən 25 yaşlı müdafiəçinin Bakı klubu ilə müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Lakin “Neftçi”dən bu məlumatı saytımıza təsdiq etməyiblər.

Redaksiyamıza verilən açıqlamada qeyd olunub ki, Vladoyu baş məşqçi Samir Abasovun maraqlandığı legionerlər siyahısında yer almır və onunla indiyədək heç bir danışıqlar aparılmayıb.

“Universitatya Krayova”nın yetirməsi olan rumıniyalı “Universitatya Kluj”, “Calarasi” və “Sportul Snaqov”da forma geyinib, ölkəsinin U-21 yığmasında 3 oyuna çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti