“Qarabağ”a 3-5 milyon aralığında transfer məbləği təklif etdilər?

24 Dekabr 2024 09:40 Qarabağ 1 853
“Qarabağ”a 3-5 milyon aralığında transfer məbləği təklif etdilər?

İspaniya mətbuatı “Qarabağ”ın hücumçusu Olavio Juninyonun “Sevilya”ya mümkün transferindən yazıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvardın Əndəlusiya klubu üçün bir nömrəli hədəf olduğu bildirilib.

Yazıda həmçinin “Sevilya”nın “Qarabağ”a 3-5 milyon aralığında transfer məbləği təklif etdiyi qeyd olunub.

Azərbaycan təmsilçisinin bu transferə isti yanaşdığı və təklif edilən məbləğlə razılaşacağı da yer alan xəbərlər arasındadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti