“Qarabağ”dan bu söz-söhbətə son qoydular: “Məhəllə komandaları ilə oynamırıq”

23 Dekabr 2024 19:40 Qarabağ 1 704
“Qarabağ”dan bu söz-söhbətə son qoydular: “Məhəllə komandaları ilə oynamırıq”

“Avrokuboklardakı nəticələrimizi eniş adlandırmazdım.

Yəqin ki, ildən-ilə “Qarabağ”a olan ümidlər artır”.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a açıqlamasında komandasının avrokuboklardakı çıxışını barədə danışıb.

Ağdamlılar Avropa Liqasının təsnifat mərhələsini uğurla dəf edərək Liqa mərhələsinə vəsiqə qazanmağı bacarsa da, buradakı çıxışı gözlənilən kimi olmadı.

6 oyunda meydana çıxan “köhlən atlar” 5 oyunu məğlub başa vurub, yalnız 1-də qələbə sevindi ki, aktivində cəmi 3 xal var.

30 yaşlı qapıçı vəziyyətin belə alınmasını rəqiblərin gücü ilə əlaqələndirib:

“Bir şeyi unutmayaq ki, avrokuboklarda hansısa məhəllə komandalarına qarşı oynamırıq. Rəqiblərimiz ya dünya futbolunun brendləri, ya da öz ölkələrinin çempionlarıdır.

“Ayaks”, “Tottenhem”, “Lion” – bunlar saysız titullara sahib klublardır. “Malmö”, “Budyo Qlimt” son ölkə çempionlarıdır.

“Elfsborq” da öz dəsti-xətti olan komandadır. Bu kimi məqamları mütləq nəzərə almalıyıq”

“Qarabağ” Liqa mərhələsindəki sonuncu görüşlərini yanvarın 23-də Bakıda FCSB-ya, yanvarın 31-də səfərdə “Olimpiakos”a qarşı keçirəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti