"Qarabağ" yeni stoperlə anlaşdı - SON DƏQİQƏ

23 Dekabr 2024 14:40 Qarabağ 10 934
"Qarabağ" yeni stoperlə anlaşdı - SON DƏQİQƏ

Kevin Medina, Bəhlul Mustafazadə və Bədavi Hüseynovun zədələnməsindən sonra mərkəz müdafiəçisi axtarışına çıxan "Qarabağ" istəyinə çatıb.

"Köhlən atlar" stoper mövqeyində yaranmış boşluğu "Sumqayıt"ın üzvü Elvin Bədəlovla dolduracaq.

Artıq tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub.

Ağdam təmsilçisi hazırda "Kimyaçılar"la müqaviləsi olan Bədəlova görə əlavə xərcə düşməyə belə hazırdır.

Son anda nəsə baş verməsə, qış fasiləsindən sonra 29 yaşlı futbolçu karyerasını "Qarabağ"da davam etdirəcək.

"Zenit"in yetirməsi daha əvvəl "Sabah" və "Neftçi"nin formasını da geyinib.

O, Azərbaycan millisində 9 matç keçirib.

SPORTİNFO.AZ

"Qarabağ" yeni stoperlə anlaşdı - SON DƏQİQƏ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti