“Juninyo dedi ki, hər şey qaydasında olsa, sevə-sevə gedərəm”

21 Dekabr 2024 01:20 Qarabağ 684
“Juninyo dedi ki, hər şey qaydasında olsa, sevə-sevə gedərəm”

"Onun "Sevilya"ya mümkün gedişinə gəlincə, hər oyunçunun gedişi kollektiv üçün problemə çevrilir.

Bu, əlbəttə ki, mənim işimə mane olur”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

O, Juninyonun "Sevilya"ya keçəcyi haqda yayılan məlumatlara münasibət bildirib:

“Sevilya" kimi klubdan təklif gəlib. Juninyo bu xəbəri eşidəndə çox sevinib.

Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik.

Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır.

Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq.

Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır.

Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti