“Sevilya”nın baş məşqçisi Qarsiya Pimyenta “Qarabağ”ın hücumçusu Olavio Juinyonun mümkün keçidindən danışıb.
Sportinfo.az xəbər verir ki, çalışdırıcı bu məsələyə növbəti ilin yanvar ayından sonra aydınlıq gələcəyini bildirib:
“O, “Qarabağ”da çox qol vurur. Lakin komandası ilə müqaviləsi var.
Hazırda vacib oyunlarımız var. Tətildən qayıtdıqdan sonra bu barədə danışacağıq.
Transferlərin qiymətləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməyə ehtiyacımız var”.

